"Qarabağ" UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində İsrailin “Aşdod” klubu ilə üz-üzə gələcək.
Ağdam klubu ilk görüşdə qələbəyə iddialıdır. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun ərəfəsində keçirilən mətbuat konfransında futbolçuların qarşılaşmaya tam hazır olduqlarını bildirib: ""İlk oyunlar bir az çətin keçir. Buna baxmayaraq hazırlığımız pis alınmayıb. Müəyyən problemlər var. Çalışacaq ki, bunlar meydanda özünü göstərməsin. Sabah ən yaxşısını etməyə çalışacağıq".
“Aşdod” klubunun baş məşqçisi Ran Ben Şimon “Qarabağ” haqqında xoş fikirlər səsləndirib. Komandasının meydanda sonadək mübarizə aparacağını gizlətməyib:
“Rəqib keyfiyyəlti oyun göstərir. Son mövsümü bir xal fərqlə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın bəzi futbolçuları Azərbaycan millisindədir və yığmanın son illərdəki irəliləyişi hiss olunur. “Qarabağ”a hörmətlə yanaşırıq”
Qeyd edək ki, "Qarabağ" - “Aşdod” görüşü Tofiq Bəhramov Stadionunda olacaq. Qarşılaşma iyulun 22-si saat 20-də başlanacaq. Matçı Srgey Boykonun rəhbərliyi altında Ukraynadan olan hakimlər briqadası idarə edəcək.